Qubada “svetofor” adlanan yerdə qəza baş verib. Bu barədə məlumat 21 sentyabr tarixində ShimalNews-a daxil olub.
Heydər Əliyev prospektində “Nexia” və “VAZ” minik avtomobilləri toqquşub. Şahidlərin sözlərinə görə, sürücülərin biri qırmızı işığın tələbinə tabə olmayıb. Nəticədə sərnişinlərdən biri baş nahiyəsindən zədə alıb. Xəsarət alanı digər minik avtomobili ilə xəstəxanaya çatdırıblar.
Daha öncə, Qusarda 2 avtomobil toqquşmuşdur.