Xaçmazda qanunsuz qum daşıyanlar cəzalandırılıb. Bu barədə 20 sentyabr tarixində məlum olub.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirləri zamanı rayonun sahil zolağından qum daşıyan şəxslərin rayon sakinləri Rauf Məmmədov və Eldar Kiçikbəyov olduğu məlum olub. Ekskavator və “MAZ” markalı nəqliyyat vasitəsilə qanunsuz qum daşındığı müəyyən edilib.

Qanunu pozanlar barəsində akt və protokol tərtib edilib, onlar inzibati məsuliyyətə cəlb olunublar.