Qusarda karantin rejimini qaydalarını pozanlar saxlanılıb. Bu barədə 20 sentyabr tarixində məlum olub.

Rayon polis şöbəsinin əməkdaşları müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən obyekti aşkar ediblər. Məclis təşkil edildiyi və xüsusi karantin rejimi qaydalarını pozaraq “ALİNA” şadlıq evi müəyyən bir müddətdən sonra işlədiyi təsbit edilib. Saxlanılan 8 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Daha ğöncə, 9 sentyabr tarixində Xaçmazda polis tərəfindən karantin rejiminin qaydalarına əməl olunmasına dair tədbirlər davam etdirilmişdir.