Qubada yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə  bugün, 20 sentyabr tarixində Shimal.News-a məlumat daxil olub.

Heydər Əliyev prospektində, “Nord” hospitalın yanında qəza baş verib.  “Ford Transit” markalı yük avtomobili idarəetməni itirib. O, səkiyə qalxaraq yolun qırağındakı hasara çırpılıb. Şahidlərin sözlərinə görə, bu hal digər avtomobilin qarşı zolağa çıxması nəticəsində baş verib.

Xəsarət alan yoxdur.

Daha öncə, Qusarda “Ford Transit” markalı yük maşını qəza törədmişdir.

Foto Shimal.news