Xaçmazda kişi salonunda şəhid ailələrinə pulsuz xidmət göstərilir. Bu barədə 20 sentyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Hacı Zeynalabdin Tağıyev küçəsində yerləşən kişi salonu şəhid ailələri üçün pulsuz saç kəsimi xidməti gostərir. Salon saat 10:00-dan saat 21:00-a fəaliyyət göstərir.

Daha öncə, 18 sentyabr tarixində Qubada otel şəhid ailələrinə pulsuz gecələmək şəraiti yaratmışdır.