Qubada Aleksandr Dümanın sevimli Çuxur hamamı

20 Sentyabr 2021, 17:00

Foto Shimal.news

Bura “Çuxa hamam”, “Gümbəzli hamam”, “Bəkir hamamı”, “Məşədi Əlimərdan hamamı” da deyirlər

Çuxur hamam Quba şəhərinin mərkəzində, Musəbəyov küçəsi ilə Ərdəbil küçəsinin kəsişməsində yerləşir. Deyilənə görə, hamamı XVIII-ci əsrin sonlarında Bəkir adlı imkanlı tacir tikdirib. El arasında bura “Çuxa hamam”, “Gümbəzli hamam”, “Bəkir hamamı”, “Məşədi Əlimərdan hamamı” da deyirlər.

1918-ci ildə ermənilər Qubada törətdikləri soyqırım zamanı, insanları Çuxur hamamın buxarında boğub, sonra isə cəsədləri çalaya töküblər.

Məşhur fransız yazıçısı Aleksandr Düma Qafqaza səyahəti zamanı, Qubada Çuxur hamamda olub, 150 ​​il sonra isə onun nəvəsi də buraya gəlib.

Abidə Şərq memarlığının incilərindən sayılır. Onun qırmızı kərpicdən tikilən günbəzi lazımi temperaturu və rütubəti saxlamağa kömək edir. Günbəzli hamam 6 otaqdan ibarətdir, 2 qapısı və 6 pəncərəsi var. Gümbəzlərinin hündürlüyü 9 metrdir.

1985-ci ilə kimi hamam təyinatına uyğun istifadə olunub. Sonra isə kanalizasiya xətti tutulduğundan hamamın fəaliyyəti dayandırılıb. 1986-1987-ci illərdə hamamda təmir bərpa işləri görülüb.

2016-cı ildə hamamda əsaslı təmir işləri aparılıb. Hamamın təmiri ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilib. Bununla əlaqədar ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta dekabrın 14-də Qubada olmuşdur. 26 mart 2018-ci ildə yenidən bərpa olunmuş hamamın açılışı baş tutmuşdur.

 

Mənbələr:

  1.             Fariz Xəlilli. “Tarixi yerlər və abidələr I-ci Beynalxalq Quba Simpoziumu”.Bakı-2020.
  2.             http://www.anl.az/down/meqale/medeniyyet/2015/dekabr/468640.htm
  3.             https://sputnik.az/life/20170523/410393805/qubalilari-hamamin-buxarinda-bogublar.html     
  4.             https://azertag.az/ru/xeber/Guba_izdavna_vlekla_puteshestvennikov_so_vsego_sveta-1055941
  5.             http://www.anl.az/down/meqale/azerbaycan/2017/iyul/551526.htm
  6.             https://report.az/medeniyyet-siyaseti/qubada-tarixi-hamamin-berpa-edildikden-sonra-acilisi-olub/
  7.             http://www.faktxeber.com/News_h517347.html

Foto Shimal.news

Foto Shimal.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.