Qubada polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Bu barədə 20 sentyabr tarixində məlum olub.
Tədbirlər nəticəsində şübhəli bilinən rayonun Düztahir kənd sakini Şənlik Ağakərimovun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.
Ağakərimov, həmin narkotik vasitəsini Kamran adlı şəxsdən aldığını bildirib. Nəticədə Kamran Hacıbabayev saxlanılıb. Onun üzərinə və yaşadığı evə baxış zamanı satış məqsədilə saxladığı marixuana tapılıb.
Qeyd edək ki, bundan başqa RPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində şübhəli bilinən Urva kənd sakini Valerik Əhmədov saxlanılıb. Həmin şəxsin meşəlik ərazidə aqrotexniki qaydada çətənə bitkilərini əkib-becərdiyi müəyyən edilib.
Faktlarla bağlı RPŞ-də cinayət işi başlanılıb.
Daha öncə, 16 sentyabr tarixində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilmişdir.