Xaçmazda şəhid ailələri ziyarət olunub. Bu barədə 18 sentyabr tarixində məlum olub.
27 sentyabr – Anım günü ərəfəsində Mürşüdoba, Çiləgir, Nərəcan, Qusarçay və Dədəli kəndlərindən olan şəhid ailələri ilə görüşlər keçirilib. Rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələri və qazilərlə birlikdə şəhidlərin məzarlarını ziyarət ediblər.
Rayon rəhbərliyi Qusarçay kəndində olan zaman Vətən müharibəsində “Topçu Vüsal” kimi tanınan Vüsal Şahkərimovla da görüşüb.
Daha öncə, 15 sentyabr tarixində Xudat şəhəri və ətraf kəndlərdən olan şəhid ailələri ziyarət olunmuşdur.