Qusarda köməksiz qalan vətəndaşlar xilas edilib

18 Sentyabr 2021, 16:20

fhn-gov-az rəsmi səhifəsindən

Onlar güclü leysana görə ərazini tərk edə bilmirdilər

Qusarda leysan nəticəsində köməksiz qalan vətəndaşlar xilas edilib. Bu barədə 18 sentyabr tarixində FHN məlumat yayıb.

Qusar rayonunun Urva kəndinə əkin sahələrində təsərrüfat fəaliyyəti üçün gəlmiş 35 nəfər vətəndaş, habelə 1 nəqliyyat vasitəsi yağan güclü leysan yağışları səbəbindən ərazini tərk edə bilməyib və köməksiz vəziyyətdə qalıb.

FHN-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində vətəndaşlar və nəqliyyat vasitəsi ərazidən təxliyə olunaraq təhlükəsiz əraziyə çıxarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.