Qubalılar üçün vakansiya var

18 Sentyabr 2021, 17:55

Facebook rəsmi səhifəsindən

Mütəxəssis vəzifəsinə vakansiya elan edilib

Quba Soyqırımı Memorial Kompleksi mütəxəssis vəzifəsinə vakansiya elan edir. Bu barədə 18 sentyabr tarixində Facebook sosial şəbəkəsində xəbər yayılıb.

İş qrafiki: Sürüşən qrafik üzrə (2 gün istirahət günü), saat 09:00-dan-18:00-dək.

Öhdəliklər:

Sosial media hesabları və platformaları (“Facebook”, “LinkedIn”, “Instagram” və s.) ilə işləmək;

Kompleksin saytına, sosial şəbəkələrinə gündəlik gələn şərh (rəy, mesaj) və soruğuları cavablandırmaq;

Yerli və beynəlxalq simpozium, konfranslarda iştirak üçün tarixi mövzularda elmi məqalələr hazırlamaq.

Tələblər:

Yaş həddi: 25-35 yaş;

Ali təhsil (tarix və ingilis dili sahəsi üzrə);

Dil bilikləri: Azərbaycan və ingilis dilində sərbəst danışma və yazma bacarığı;

Kompüter bilikləri: “Microsoft office” paket;

İş təcrübəsi: Arzuolunandır;

Ünsiyyət qurma, kollektivdə işləmə qabiliyyəti;

Dəqiqlik və yüksək icraçılıq bacarığı;

Kreativ ideyalı, məsuliyyətli və diqqətli olmalı.

Qeydiyyatdan keçmək istəyənlər aşağıdakı linkə daxil ola bilərlər: linktr.ee/qubagikm

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.