Qubada 18 sentyabr tarixində Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə tədbir baş tutub.

Milli Musiqi Günü və Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqədar “Azərbaycan musiqi mədəniyyəti milli sərvətimizdir” adlı onlayn tədbir keçirilib.

Tədbirdə mərkəzi kitabxananın əməkdaşları, Quba Uşaq İncəsənət məktəbinin və Quba Uşaq Musiqi məktəbinin müəllim və şagirdləri, Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri və fəal oxucular iştirak ediblər.

Qeyd edək ki, Üzeyir Hacıbəylinin yaratdığı musiqi inciləri dünya şöhrəti qazanaraq dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub. Şərqdə ilk opera janrının yaranması dahi Üzeyir Hacıbəylinin adı ilə bağlıdır.