Qubada kənd təsərrüfatı təyinatlı texnikanın satışı endirimlə aparılır. Bu barədə 18 sentyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Heydər Əliyev prospektində yerləşən “Green Mart” mağazasında texnika satışı 40% endirimlə həyata keçirilir və ilin sonuna kimi aksiya davam edəcək. Məbləğin 60%-nı fermer ödədikdə, qalan hissəsini dövlət qarşılayır.
Həmçinin dərman preparatlarını bu mağazada subsidiya kartlı ilə əldə etmək olar. Fermerlərin sözlərinə görə, 1 hektar bağ üçün 250 manat, intensiv bağın hektarı üçün 750 manat dövlət vəsait ayırır.