Qubanın dağlıq Qrız kənd məktəbinin yeni binası inşa olunub. Bu barədə məlumat 18 sentyabr tarixində ShimalNews-a daxil olub.

Qrızda məktəb binasının ilk inşa olunacağı ərazidə tarixi qəbirlər aşkar edilmişdir. Bu səbəbdən yeni məktəbin indiki ərazisi mütəxəssislərin məsləhəti ilə seçilib. Sentyabrın 29-da tədris ilin başladığında tam hazır vəziyyətdə olacağı bildirilir.

Daha öncə, Qrız kəndində məktəb inşası zamanı tarixi qəbirlər aşkar edildiyi barədə xəbəri dərc etmişdik.