Xaçmaz rayonunda toxum sərgi-satış yarmarkası yekunlaşıb. Bu barədə 17 sentyabr məlum olub.

Tədbirdə həmçinin Quba, Qusar və digər rayonlardan olan fermer və toxumçular da təmsil olunublar. Burada dənli və dənli-paxlalı bitkilərin toxumları nümayiş olunub. Əlavə olaraq şimal bölgəsinin xüsusiyyətlərini nəzərə alaraq tərəvəz toxumları və meyvə tingləridə təqdim olunub.

Yarmarkalar ölkənin 6 regionunda keçirilib. Bu istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqələrin qurulmasında, fermerlərin sertifikatlı toxuma əlçatanlığının təmin olunmasında əhəmiyyət kəsb edir.

Daha öncə, Xaçmaz rayonunda toxum sərgi-satış yarmarkası təşkil olunacağı barədə xəbər vermişdik.