2 nəfər yüngül xəsarət alıb
Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi baş verib. Bu barədə 17 sentyabr 7times məlumat verib.
Çiləgir kəndi yolunda 2 “Opel” markalı minik avtomobili toqquşub. Nəticədə 2 nəfər yüngül dərəcəli bədən xəsarətlər alıb. Qəza yerinə təcili tibbi yardım gəlib.
Bu vaxt hadisə yerindən Xaçmaz RİH-nin başçısı Elnur Rzayev keçirdi. O, avtomobildən düşərək, xəsarət alanlara yardım etmək üçün yaxınlaşmışdır.