Xaçmaz adının mənşəyi: “xaç asmaz” ya “xaçpərəst”

17 Sentyabr 2021, 15:37

Foto achiq menbeler

Bəzi alimlər “Xaçmaz” sözünü xeçmatak, xaçmatak tayfaları ilə əlaqələndirir

“Xaçmaz” (Xaçmar) adlı ərazi haqqında Herodot və Strabonun əsərlərində, VII əsrdən başlayaraq isə digər mənbələrdə rast gəlinir.

Bəziləri Xaçmaz toponimin qədim zamanlardan bu torpaqlarda yaşayan xaçmatak tayfası ilə əlaqələndirir. Onlar hunların döyüşən tayfalarının bir hissəsi idi və təxminən VII əsrin ortalarında müasir Oğuz bölgəsinin torpaqlarına (Orta Asiya və Xəzər bölgəsi) köç etmişdir. Orada bir qala tikib, ona Xaçmar adını vermişdilər. Tarixçi-alim İmammirzə Şahbazov da “Xaçmaz” sözünü xeçmatak, xaçmatak tayfaları ilə əlaqələndirir.

Bəzi yazarlar  “Xaçmatak”  toponimini “xaçpərəst xalq” kimi izah edirlər. Professor Fəxrəddin Nərimanoğlu bunun yalnış olduğunu iddia edir. Şimali Azərbaycanda mövcud olmuş Albaniya dövlətində IV əsrdə xristianlıq dövlət dini olmuşdur, lakin Xaçmaz rayonu ərazisində yaşayan tayfalar bu dini qəbul etməmiş, qədim atəşpərəstlik dininə ibadət etməyə davam etmişdirlər. Onun fikrincə, Xaçmaz” termini “xaç sındıran”, “xaçı qəbul etməyən” deməkdir.

Alim Əcdər Fərzəli  “Xaç–od nişanıdır” adlı məqaləsində “xaç” sözünün Xristianlıqla heç bir əlaqəsi olmadığını iddia edir, çünki “xaç” sözü Azərbaycanda Xristianlığın yayılmağa başladığı vaxtdan da əvvəl mövcud olmuşdur.

Bir çox mənbələrdə türk dilindən “xaç” sözü “dörd guşəli”, “məz, məs”  isə “böyük” deməkdir.

Mənbələr:

 

  1. Xaçmazın toponimləri, Bakı – 2011
  2. Xaçmaz rayonu onomastik vahidlərinin tarixi-linqvistik təhlili, Bakı – 2017
  3. http://anl.az/down/meqale/exo/2016/noyabr/515162.htm

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.