Qubada Vətən müharibəsi şəhidinin adına açılmış xatirə bulağı ziyarət edilib. Bu barədə 17 sentyabr məlum olub.
“Vətənpərvərlik klubu”nun üzvləri qubalı qəhrəman Rəvan Əliyevin ailəsini və adına açılmış xatirə bulağına baş çəkiblər. Rəvanın anası onun gəncliyindən və hərbi xidmətdəki şücaətindən danışıb. Həmçinin, gənclər şəhidin əşyaları ilə tanış olublar.
Şəhidimizi ehtiramla yad edirik.