Quba rayonunda geniş miqyaslı abadlıq və quruculuq işlərinə start verilib. Bu barədə məlumat 17 sentyabr tarixində ShimalNews-a daxil olub.
İşçilərin sözlərinə görə, iş 10 gün ərzində davam edəcək. Şəhərin və qəsəbələrin ərazilərində görüləcək fəaliyyətə müxtəlif dövlət qurumları cəlb olunub. İlk olaraq proses Heydər Əliyev prospektindən başlayıb.
Daha öncə, Qusar şəhərinin küçələrində yolların təmir-bərpa, təmizlik və abadlıq işləri aparılması barədə xəbər vermişdik.


