Qubada avtomobil yollarının asfalt səthində boya nişanları bərpa olunur. Bu barədə 17 sentyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Şəhərin mərkəzi küçələrindəki piyada keçidləri və yol kanarları boyanır. Tıxacların yaranmaması üçün işlər mərhələli görülür. Daha sonra ətraf ərazilərdə eyni iş aparılacağı bildirilib.

Bundan öncə, Quba rayonunda geniş miqyaslı abadlıq və quruculuq işlərinə start verilmişdir.