Quba əhalisi sığorta xidmətlərindən yararlana bilər

17 Sentyabr 2021, 12:16

Photo ShimalNews

“Azərbaycan Sənaye Sığorta” nümayəndəlik açıb

Qubanın Əliqulu Nərimanov küçəsində “Azərbaycan Sənaye Sığorta” ASC yeni nümayəndəlik açıb. Bu barədə 17 sentyabr məlum olub.

Əsas məqsəd regionlarda yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını təmin etməkdir.

Cəmiyyət 1996-cı ildən fəaliyyət göstərir. “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin təsisçisidir. Həmçinin, “İcbari Sığorta Bürosu” və “Azərbaycan Sığortaçılar Assosiasiyası” kimi təşkilatlarda üzv qismində təmsil olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.