Şimalda gömrükçülər yük avtomobillərində gizlədilən külli miqdarda dərman preparatları aşkar edib. Bu barədə 17 sentyabrda Dövlət Gömrük Komitəsi məlumat verib.
Rusiya Federasiyası istiqamətindən, “Samur” gömrük postundan daxil olan “Mercedes-Benz” və “DAF” markalı yük avtomobilləri saxlanılıb.
Yoxlama zamanı gizlədilən və bəyan edilməyən, 59280 kapsul qida əlavələri, onlara məxsus boş qutular, 1220 həb, 300 ampula dərman preparatları və 60 ədəd tibbi şam aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.