Xaçmazda avto-yuma məntəqəsi şəhid ailələrinə pulsuz xidmət göstərir. Bu barədə məlumat 16 sentyabr tarixində ShimalNews-a daxil olub.

Şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsində yerləşən məntəqədə avtomobil və xalça ödənişsiz yuyulur. Bu xeyriyyə vətən uğrunda həlak olanların xatirəsi üçün görülür.

İş qrafiki: hər gün saat 8:30-dan 19:00-dək.