Xaçmazda şimal bölgəsinin təhsil işçiləri ilə konfrans keçirilib. Bu barədə 15 sentyabr tarixində məlum olub.
Tədbir rayonun Tarix-Diyarşünaslıq Muzeyində keçirilib. Görüşdə təhsil nazirinin müşaviri Elnur Əliyev, Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzənin təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. Bölgənin təhsil işçilərinə ümumi təhsilin prioritet istiqamətləri, sertifikasiya, ümumi təhsilin təşkili və idarə edilməsi haqqında məlumat verilib.
Konfransda keyfiyyətin artırılması üsul və formaları, məktəblərdə tərbiyə işinin təşkili, təmayülləşmə və digər məsələlər barədə müzakirələr aparılıb, təhsil işçilərinin sualları cavablandırılıb.