Quba rayonunda əhali üçün iş yerləri yaradılması məqsədi ilə layihəyə start verilib. Bu barədə 16 sentyabr məlum olub.
Dövlət Məşğulluq Agentliyi “Təbiəti qoruyaq” adlı, 4 ay davam edəcək yeni layihəyə başlayıb. Burada təmizlik və abadlıq tədbirlərinin ödənişli əsasda həyata keçirilməsi nəzərdə tutulur. Daha sonra işlərin əhatə dairəsini genişləndirilməsi gözlənilir.
Layihə Quba rayonunda yerləşən Şəhidlər Xiyabanlarında təmizlik və abadlıq işlərinin aparılması ilə başlayıb. Əsas məqsəd məşğulluğunun təmin edilməsi, işçi qüvvəsinin əməyindən səmərəli istifadə edilməsi, ictimai yerlərin abadlaşdırılması, ekoloji təmizliyə, yaşıllıqların artırılmasına töhfə verilməsidir.