Quba şəhərində silsilə oğurluqlar edən şəxs tutulub. Bu barədə 16 sentyabr tarixində məlum olub.

Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində şəhər sakini Əmrah Əmrahov saxlanılıb. Onun rayon ərazisində müxtəlif ticarət obyektlərindən, evlərdən, mağazalardan məişət-təmir avadanlıqları, ərzaq məhsulları, siqaret, suötürücü qurğular və elektrik naqilləri oğurladığı müəyyən edilib.

Faktla bağlı RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.

Daha öncə, Qubada oğurluqla məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılmışdılar.