Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Bu barədə 16 sentyabr tarixində məlum olub.

Tədbirlər nəticəsində rayonun 1-ci Nügədi kənd sakini İlqar Məmmədli saxlanılıb. Onun evinə baxış keçirilən zaman kibrit qutularında narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Məmmədli, həmin narkotik vasitəsini İsmayıl adlı şəxsdən aldığını bildirib. Nəticədə Zərdabi qəsəbə sakini İsmayıl Əliağa oğlu da tutulub. Onun evində narkotik vasitə olan marixuana götürülüb.

Faktla bağlı RPŞ-də cinayət işi başlanılıb.

Daha öncə, Quba sakini narkotiklə tutulmuşdur.