Xudat şəhəri və ətraf kəndlərdən olan şəhid ailələri ziyarət olunub. Bu barədə 15 sentyabr tarixində məlum olub.
Xaçmazda Xudat şəhəri, Köhnə Xudat, Aşağı Ləgər, Digahoba, Fərzəlioba və İdrisoba kəndlərindən olan şəhid ailələri və qazilərlə görüş keçirilib. Rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev onlarla birlikdə Xudat şəhərində və Köhnə Xudat kəndində şəhidlərin məzarlarını ziyarət edib.
Görüş iştirakçılarına Xudat şəhərində həyata keçirilən abadlıq və quruculuq işləri barədə də ətraflı məlumat verilib. Şəhərdə bir çox yollar əsaslı təmir olunur, müasir işıqlandırma sistemi qurulur.
Daha öncə, 30 iyul tarixində Qusar polis əməkdaşları Vətən müharibəsi şəhidlərinin və aztəminatı ailələrini ziyarət etmişdirlər.