Xaçmaz rayon Şəmsəddin Sədiyev adına Qımılqışlaq kənd tam orta məktəbinin binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə 15 sentyabr tarixində məlum olub.
480 şagird yerlik məktəb binasında istilik, elektrik və müşahidə sistemləri ilə təmin edilib. Yeni inventar və avadanlıqlar gətirilib. İkimərtəbəli məktəbdə 18 sinif otağı, biologiya, kimya, və fizika laboratoriyaları, idman və akt zalları, texnologiya, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Məktəb binasının həyətində su çənləri və qazanxana inşa olunub. Yerə asfalt örtük döşənib və abadlıq işləri aparılıb.
Qeyd edək ki, açılış mərasimində təhsil nazirinin müşaviri Elnur Əliyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və rayon Təhsil şöbəsinin nümayəndələri iştirak ediblər.
Köhnə məktəb binası 1974 -cü ildə istifadəyə verilmişdir. İstismar müddəti başa çatmışdır və əsaslı təmirə ehtiyacı var idi.