Xaçmaz: qanunsuz ov edən şəxs tutulub

15 Sentyabr 2021, 14:10

Depositphotos

Siyəzən rayon sakini saxlanılıb

Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb. Bu barədə 15 sentyabr tarixində məlum olub.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Siyəzən rayon sakini Ramin Zeynalov tutulub və cəzalandırılıb.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Keçirilən diqər nəzarət tədbirləri zamanı qanunsuz ov etdiklərinə görə Neftçala rayon sakini Bəxtiyar İsmayılov, Biləsuvar rayon sakini Surac Baxşiyev, Ağdaş rayon sakini İlham Məmmədov, Füzuli rayon sakini Eldar Qənbərov, Gəncə şəhər sakinləri Orxan Əlizadə, Emil Əminov cərimələniblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.