Xaçmazda kənd təsərrüfatında zərərli orqanizmlərə qarşı inteqrir mübarizə ilə bağlı tədbir keçirilib. Bu barədə 15 sentyabr tarixində məlum olub.
Görüşdə Aqrar Xidmətlər Agentliyinin və elmi-tədqiqat institutlarının rəhbərləri və əməkdaşları, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri, həmçinin bölgə fermerləri iştirak edib.
Əsas məqsəd fermerləri zərərli orqanizmlərə qarşı inteqrir mübarizə (İntegrated Pest Management-IPM) prinsipləri və üstünlükləri barədə məlumat vermək idi.
Beləliklə, Xaçmaz rayonu ərazisində nümayiş sahəsində orqanik əkinçilik və yeni inteqrir mübarizə üsullarından istifadə edilib. 5 hektarlıq nümayiş sahəsində pomidor əkini həyata keçirilmişdir.