Qubada YAP Gənclər Birliyinin sədri fəal gənclərlə görüşüb. Bu barədə 15 sentyabr tarixində məlum olub.

Bəxtiyar İslamov qeyd edib ki, gənclər arasında əlaqələr daha da yüksək səviyyədə qurulmalıdır. Eyni zamanda gənclərimiz əhatə dairəsini genişləndirməyə və partiyamızın fəaliyyətini çatdırmağa davam etməlidir.

O əlavə edib ki,YAP Gənclər Birliyinin fəaliyyətində yaxından iştirak etməsi üçün səmərəli işlərin görülür və yeni addımlar atılır. Görüşdə gəncləri maraqlandıran çoxsaylı suallar da cavablandırılıb.

Daha öncə, Qubada 14 sentyabr tarixində “Ümumrespublika Xəmsə Festivalı”nın III regional turu keçirilmişdir.