Şimal: ağacların calaq edilməsi vaxtı bitir

15 Sentyabr 2021, 10:03

Foto Shimal.news

Proses avqustun 15-dən senyabrın 20-nə kimi görülür

Şimal bölgələrində bağlarda və tinglik sahələrdə ağaclara calaq vurma prosesi yekunlaşmaq üzrədir.  Bu barədə məlumat 15 sentyabr tarixində ShimalNews-a daxil olub.

Avqustun 15-dən başlanan calaq işləri təxmini sentyabr ayının 20-dək davam edəcək. Gilas, albalı, badam, şaftalı, nektarin, gavalı alça və digər meyvə ağaclarında əsasən “T” şəkilli göz calağı aparılır. Bu üsulla əldə edilən tinglər daha çox sağlam və məhsuldar olur.

Ölkəmizdə il ərzində 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinginə ehtiyac var. Bu təlabətin böyük hissəsi xaricdən gətirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.