Xaçmaz rayon mərkəzi kitabxanasının uşaq şöbəsi açıq havada kitab sərgisi keçirib. Bu barədə Xaçmaz regional mədəniyyət idarəsinin rəsmi Facebook səhifəsində məlumat yayılıb.
“Hər gün təzə kitabla sevindirin uşağı, kitab tutan əllərin sönməz olur çırağı” adlı kitab sərgisi təşkil edilib. Kitabxananın əməkdaşları tərəfindən hər bir kitabın mahiyyəti haqqında uşaqlara məlumat verilib. Tədbirin məqsədi, uşaqları kiçik yaşlarından kitabxanaya cəlb etmək və mütaliəyə marağını artırmaqdır.
Daha öncə, Xaçmaz rayonunda regional mədəniyyət idarəsinin təşəbbüsü ilə tədbir keçirilmişdir.