Xaçmaz şəhərində Uşaq Musiqi Məktəbinin təmiri dekabr ayına qədər yekunlaşacaq.  Bu barədə 14 sentyabr tarixində Shimal.News-a məlumat daxil olub.

Binanın bir hissəsi artıq təmir olunub. Hal-hazırda dam örtüyünün quraşdırılmasının işləri görülür. Sonda isə məktəb yeni tədris avadanlıqları ilə təmin ediləcək.

Yeni tədris ilində isə dərslər Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçiriləcək.

1963-cü ildə Quba musiqi məktəbinin filialı kimi Xaçmaz şəhər Uşaq Musiqi Məktəbi fəaliyyətə başlamışdır. 1965-ci ildən sərbəst məktəb kimi fəaliyyət göstərir. 1968-ci ilə qədər Xaçmaz şəhər Mədəniyyət evinin binasında, 1969-cu ildən hal-hazıradək isə uyğunlaşdırılmış binada yerləşir.

Foto Shimal.news
Foto Shimal.news