Xaçmazda pomidorun qiyməti qalxıb. Bu barədə məlumat 14 sentyabr tarixində ShimalNews-a daxil olub.

Aldığımız məlumata görə, iyul-avqust aylarında pomidorun 1 (taxta) yeşiyi 5-7 azn idi. Hal-hazırda isə 15-20 azn olub. Bu qiymətlər toptan satış bazarında müşahidə olunur.

Satıcıların sözlərinə görə, pomidor mövsümü artıq başa çatır. Bu səbəbdən məhsul bahalaşıb. Bundan sonra yaşıl pomidor satışa cıxarılacaq.

Daha öncə, Xaçmazda pomidor əkini ilə məşğul olan təsərrüfatçılar məhsulun qiymətinin aşağı olmasına görə narazıçılıq bildirmişdilər.