Qubanın Zizik kənd bələdiyyəsinin sabiq sədr müavini Mahir Bayramova qarşı cinayət işi başlanıb. Bu barədə 14 sentyabr tarixində məlum olub.
Bayramovun dələduzluq etməsi ilə bağlı rayon prokurorluğuna daxil olan vətəndaş müraciəti əsasında araşdırma aparılıb. O, Qudyalçayın yatağında yerləşən 10 hektar torpaq sahəsinin icarəyə verilməsində vasitəçi olmaq üçün 21 min manat alaraq dələduzluq edib. Həmçinin vətəndaşı rüşvət verməyə təhrik edib.
Faktla bağlı Quba Rayon Prokurorluğu cinayət işi açıb. Bayramov istintaqa cəlb olunub.
İstintaq davam edir.