“Planet Parni iz Baku” KVN teatrın bədii rəhbəri ilə görüş baş tutacaq

14 Sentyabr 2021, 12:16

Rəsmi Facebookk səhifəsindən

Görüş “Bizdən sonra siz” mövzusunda keçiriləcək

Qusar və Xaçmaz GİKM-in  tərəfdaşlığı ilə “Bizdən sonra siz” mövzusunda 17 sentyabr saat 20:00-da görüş keçiriləcək.

Əməkdar artist, “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanovla “Zoom” vasitəsi ilə baş tutacaq görüşdə iştirak edə bilərsiz.

“Bizdən sonra siz” mövzusunda keçiriləcək görüşdə:

KVN teatrının cəmiyyətə ötürmək istədiyi əsas mesaj və uğurunun sirləri;

Teatrın cəmiyyətin problemlərinin ictimailəşdirilməsi və onun sağalmasında rolu;

Müasir teatrda gənclərin mövqeyi;

Gənclərin mənəvi tərbiyəsi və dünyagörüşünün formalaşmasında rolu ilə bağlı müzakirə aparılacaq. Həmçinin gəncliyini və gələcəyini teatra həsr etmək istəyən gənclərimizin sualları cavablandırılacaq.

Qeydiyyat linki: 

https://forms.gle/hPJgFkVPVdA6UxVdA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.