Xaçmaz rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Elşən Ağayev yol qəzasında həlak olub. Bu barədə 13 sentyabr məlum olub.
Hadisə Sabirabadın Yastıqoba kəndində baş verib. “Tofaş” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində Ağayev dünyasını dəyişib və daha 4 nəfər müxtəlif xəsarətlər alıblar.
Elşən Ağayev Vətən müharibəsi iştirakçısı idi.
Faktla bağlı araşdırma aparılır.
Avqust ayında, Xaçmazda daha bir yol qəzası baş vermişdir.