Qubanın mərkəzinə ən yaxın kəndlərindən birində su qıtlığı yaşanır. Bu barədə 13 sentyabr tarixində Shimal.News-a məlumat daxil olub.

Dağlı kəndinin sakinləri bildiriblər ki, səbəb əhalinin sayının artması və bulaqların qurumasıdır. Burada yalnız 1 artezian quyusu vasitəsi ilə su əldə olunur. Lakin hamının ehtiyyacını qarşılamır. Tələbatı ödəmək üçün su ətraf qəsəbələrdən nəqliyyat vasitələri ilə gətizdirilir.

Daha öncə, Qubanın 105 evi susuz qalması haqqında məlumat dərc edilmişdir.