Qubada 14 sentyabr tarixində “Ümumrespublika Xəmsə Festivalı”nın III regional turu keçiriləcək. Bu barədə 13 sentyabr məlum olub.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov intellektual festivalın Qubada baş tutacağını bildirib. Burada 6 komanda iştirak edəcək. Qalib gələn komanda final mərhələsinə vəsiqə qazanacaq.
Sentyabr ayı ərzində davam edəcək layihənin finalının Gəncə şəhərində keçirilməsi nəzərdə tutulub.
2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Məqsəd gənclərin dünyagörüşünə, fərdi inkişafına töhfə vermək və milli-mənəvi dəyərlərə, vətəndaş kimi formalaşmalarına dəstək verməkdir.