Qubada kəndləri birləşdirən yeganə körpü qəzalı vəziyyətdədir. Bu barədə 13 sentyabr tarixində Shimal.News-a məlumat daxil olub.

Qudyalçay üzərindən Qəçrəş kəndi ilə Üçkün və Küpçal kəndlərini birləşdirən körpü təxmini 20 il öncə inşa edilib. Sakinlərin sözlərinə görə, piyadalar üçün körpünün taxta hissələri yararsız hala düşüb. Hər dəfə həyatlarını riskə ataraq buradan keçməli olurlar. Həmçinin əvvəllər avtomobil üçün körpü mövcud idi. Lakin sel onu yuyub aparıb.

Üçkün və Küpçal Qubanın qədim və tarixi kəndlərindəndilər. Ümumi əhali sayı 1500 nəfərdən çox insan təşkil edir. Kəndlər Bakı, Şamaxı, Dərbənd hüdudlarından, təqribən eyni məsafədə yerləşirlər.

Foto Shimal.news
Foto Shimal.news