12 sentyabr 2021-ci il tarixində Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan ictimai fəallar və media nümayəndələri Xaçmaz və Quba rayonunlarına səfər ediblər.

Əvvəlcə qonaqlar Xaçmaz rayonunda Heydər Əliyev Mərkəzini və 2013-cü ildə istifadəyə verilən Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edib, sonra isə 2006-cı ildə yaradılan Şəxsiyyətlər muzey-parkı ilə tanış olublar.

Daha sonra onlar Qubada olublar. Orada Quba Soyqırım Memorial Kompleksi, Media Şəhidləri Parkı və Azərbaycan-Türkiyə Qardaşlıq Parkını ziyarət ediblər. Sonda onlar Qırmızı Qəsəbə ilə tanış olublar.