Həzrə kəndi: keçmişdə dağ kəndlərə hücum edənlər üçün istirahət yeri

13 Sentyabr 2021, 16:04

Foto acıq mənbələrdən

Həzrə kəndi pəhləvanları ilə məhşurdur

Həzrə kəndi Qusar rayonunun mərkəzindən 53 km məsafədə, Samur çayının sağ sahilində yerləşir. Kənd V əsrdə xəzərlər (qədim türk tayfalarından biri) tərəfindən ələ keçirildikdən sonra, Həzər (sonradan isə Həzrə) adlandırılırdı. Yerli sakinlər kəndi Yargun adlandırır.

II əsrdə Klavdi Ptolemeyin çəkdiyi xəritədə Albaniyanın ərazisində Yargun şəhərinin olduğu göstərilir. Yargun adı Vizantiyalı Stefanın (II-IV əsrlər) “Tayfalar haqqında” kitabında da çəkilir. Həmçinin ərəb tarixçisi Al-Kufi VI-VII əsrlərdə bu ərazidə Yargu şəhərinin olduğunu qeyd etmişdir.

Kəndin adı ilə bağlı bir neçə fikir mövcuddur. Bəziləri kəndin hazırda yerləşdiyi yerin bir zamanlar dağ kəndlərə hücum edənlər üçün istirahət yeri olduğunu söyləyirlər. Bu səbəbdən kəndin adını yerli əhali “Yargun” adlandırır, ləzgi dilində “yorğunluq” (“yurgun” kökündən) mənasını daşıyır.

Ləzgi xalq təqvimində Yar baharın ilk ayının adıdır (21 mart-4 aprel). Buna görə də, kəndin adını ləzgi dilində “yar” sözü ilə bağlayırlar, yəni bu söz “günəş nuru” mənasını verir.

Həzrə kəndinin adı ərəb dilindən tərcümədə “həzr”, yəni ocaq və ya pir deməkdir.

Həzrə kəndi pəhləvanları (güləşçilər) ilə məşhurdur. Ənənəvi pəhləvan yarışı “Sim pəhləvan” hələ də burada keçirilir və bütün milli bayramların ayrılmaz hissəsidir.

Kənddə XVI əsrə aid Şeyx Cüneyd türbəsi də yerləşir. Bu türbə I Şah Təhmasibin əmri ilə ulubabası Şeyx Cüneydə ucaldılmışdır. Cüneyd Həzrə kəndində dəfn olunmuşdur, lakin sonra onun qalıqları Ərdəbilə (İran) köçürülmüşdür.

Mənbələr:

 

  1. Sədaqət Kərimova. Qusar Qusarlılar. Bakı-2011.
  2. Azerbaycan toponimlerinin ensiklopedik lugeti. Bakı-2007.
  3. Процесс образования крупных поселений и обособление в их структуре больших семей и патронимий. C. С. Агаширинова, С.А. Азизов. ВЕСТНИК ИНСТИТУТА ИАЭ. 2006. № 2. С. 75 – 87.
  4. https://azertag.az/xeber/Qusarin_8_maraqli_gormeli_yeri-992392
  5. http://seyyah.az/news/1690?country=0&city=0&minprice=200&maxprice=600&t=1
  6. https://www.youtube.com/watch?v=kW1_RAsSHRE
Foto acıq mənbələrdən

Foto acıq mənbələrdən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.