Xaçmazda rayon polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. Bu barədə 11 sentyabr DİN-nin mətbuat xidməti məlumat verib.
“Xaşxaş-2021” əməliyyatı nəticəsində Niyazabad kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1 ton 230 kiloqram olan 1675 ədəd çətənə kolu tapılıb. Narkotik tərkibli bitki məhv edilib.
Daha öncə, Qubanın Davidoba kəndində çətənə kolu və marixuana tapılmışdır.