Qubada tibbi arayış almaq üçün növbələr əhalinin narazıçılığına səbəb olub. Bu barədə 11 sentyabr tarixində Shimal.News-a məlumat daxil olub.

Təhsil müəssələrinə qəbul olanlardan sağlamlıq haqqında sənədin təqdimi tələb olunur. Bunun üçün bir neçə müayinə və analizlərdən keçmək lazımdır.

Qubanın Mərkəzi xəstəxanasının qarşısında növbəyə toplanan sakinlər narazıçılıq bildiriblər. Onların sözlərinə görə, bütün müayinə və qeydiyyatı keçmək üçün azı tam 2 gün lazımdır. Valideynlər isə işdən bu müddətə icazə ala bilmirlər. Həmçinin məlum oldu ki, 18 yaşa gədər pulsuz, yuxarı olanlar isə 15 azn ödəməli olurlar.

Sentyabrın 22-dən respublikanın bütün məktəblərində  l-IV siniflər üçün dərslər başlayır. Ayın 29-dan isə V-XI siniflər və ali məktəblərdə tədris bərpa olunacaq.