Qubada “Türk-Müsəlman Soyqırımları” mövzusunda 2-ci beynəlxalq simpozium keçirilir.  Bu barədə 11 sentyabr tarixində Shimal.News-a məlumat daxil olub.

“XX əsr Türk-Müsəlman Soyqırımları, Bakının Qafqaz İslam Ordusu tərəfindən Qurtuluşundan Qarabağ Zəfərinə Azərbaycan-Türkiyə münasibətləri” adlı elmi simpozium bu gün Qubada davam edir.

Tədbir “Quba Soyqırımı Memorial Kompleksi”ndə  Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Pedaqoji Universitetinin “Ümumi tarix və tarixin tədrisi texnologiyası” kafedrası ilə birgə təşkil olunub.

Foto Shimal.news
Foto Shimal.news