Qubada suvarma kanalına tullantılar atılır. Bu barədə 11 sentyabr tarixində Shimal.News-a məlumat daxil olub.

Sakinlərin sözlərinə görə, Barlı qəsəbəsinin ərazisində keçən suvarma kanalına zibil atılır. O, isə Samur-Abşeron su kanalına tökülür. Bu antisanitar hal insanların narahatçılığına səbəb olur.

Samur-Abşeron kanalının birinci hissəsi 1939-1940-сı, ikinci hissəsi isə 1951-1955-ci illərdə tikilib. Həmin dövrdə kanal Qafqaz regionunun ən böyük suvarma sistemlərindən biri sayılırdı. Samur-Abşeron kanalı 1960-cı illərə qədər  “Stalin adına kanal” adlandırılırdı. Kanalın mənbəyi Samur çayıdır.