Qubada Mirzəbəyovlar ailə qurmalarının 70-ci ilini qeyd edirlər. Bu barədə 11 senyabr tarixində məlum olub.

Bağçalı kəndində yaşayan 89 yaşlı Şirinbəy və 85 yaşlı Səbiyyə Mirzəbəyovlar 1951-ci ildə ailə qurmuşdular. Bu nikahdan ailənin 5 qızı və 5 oğlu dünyaya gəlmişdir. Hazırda nənə-babanın 34 nəvəsi, 60 nəticəsi və 34 kötükçəsi var.

“Ailə müqəddəsdir. Ailənizin təməlini möhkəm qurun. Möhkəm təməl qarşılıqlı hörmətdən başlayır. Bir-birinizə güzəşt etməyi bacarın” – Mirzəbəyovlar ailəsi.