Xaçmazda birinci sinfə gedəcək şagirdlər üçün “Uşaqların məktəbə hazırlığına dəstək ol!” adlı aksiya keçirilib. Tədbir 9 sentyabr tarixində baş tutub.

Aksiya çərçivəsində uşaqlara məktəb ləvazimatları paylanılıb. Tədbirdə birinci sinfə gedəcək şagirdlər və onların müəllimləri iştirak ediblər. Onlar ilk öncə Ulu Öndərin abidəsi önünə gül-çiçək düzüblər. Sonda şagirdlər şeyirlər deyib şəkil çəkdiriblər.

Qeyd edək ki, tədbir Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycanda Rus İcmasının sədri Mixail Zabelinin təşəbbüsü və Xaçmaz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub.