Xaçmaz Xalq Teatrı müsabiqə (kastinq) elan edib. Bu barədə ShimalNews-a məlumat daxil olub.

Aktyorluq qabiliyyəti olan 18 yaşdan yuxarı qızlar və oğlanlar müsabiqəyə qoşula bilərlər. Namizədlər sınaq tamaşalarından sonra Xalq Teatırına üzv kimi qəbul olunacaqlar. Eyni zamanda aktyor kimi çıxış edəcəklər. Müsabiqəni uğurla başa vuranlar Xaçmazda və Bakıda kinofilmlərdə iştirak etmək imkanı qazanacaqlar.

Müsabiqədə iştirak etmək istəyənlər 15 sentyabra dək qeydiyyatdan keçə bilərlər. Əlavə məlumatı M.Ə.Rəsulzadə küçəsində yerləşən Xaçmaz rayon Mədəniyyət Mərkəzindən və yaxud  32-5-24-31; 055-791-65-43 nömrələri ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.